“2 aprel” aksiyasında tutulan 6 nəfərin məhkəməsi başladı
13 iyul 2011 15:28 (UTC +04:00)

“2 aprel” aksiyasında tutulan 6 nəfərin məhkəməsi başladı

Bu gün Səbail Rayon Məhkəməsində İctimai Palatanın aprelin 2-də Bakıda keçirdiyi mitinqlə bağlı qaldırılmış cinayət işi çərçivəsində saxlanılan 6 nəfərin - AXCP sədrinin müşaviri Sahib Kərimov, AXCP üzvləri Babək Həsənov, Zülfüqar Eyvazov, Arif Alışlı, Müsavat üzvü Elşən Həsənov və bitərəf Elnur İsrafilovun məhkəməsinin hazırlıq iclası keçirilib.


Bu barədə Lent.az-a vəkil Yalçın İmanov məlumat verib. Prosesə hakim Elnur Həsənov sədrlik edib. Vəkil bildirib ki, məhkəmə müdafiə tərəfinin qaldırdığı vəsatətlərdən heç birini təmin etməyib. O, müdafiə etdikləri şəxslər haqqında həbs-qətimkan tədbirinin dəyişdirilməsi, onların proses zamanı dəmir barmaqlıqlar arxasından çıxarılması və cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət qaldırdıqlarını söyləyib.

Məhkəmə prosesi iyulun 19-da davam etdiriləcək.


Xatırladaq ki, adı çəkilən şəxslər Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham olunurlar. E.İsrafilov bundan əlavə, həmçinin, Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə də təqsirləndirilir.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 415

Oxşar yazılar