Ombudsman Aparatının əməkdaşları Nemət Pənahlı ilə görüşüblər
Ombudsman Aparatından APA-ya verilən məlumata görə, görüş zamanı məlum olub ki, N. Pənahlının aclıq aksiyası keçirməsi iyulun 9-dan rəsmiləşdirilib. Aksiya keçirməsinə səbəb kimi, o, təcridxana əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasını və barəsində çıxarılan məhkəmə hökmünün ədalətsiz olduğunu bildirib.
Araşdırma zamanı məlum olub ki, N. Pənahlı təcridxana əməkdaşlarını nalayiq sözlərlə təhqir etdiyi üçün onun barəsində 5 gün cərimə təcridxanasına keçirilmə barədə qərar qəbul edilib. Eyni zamanda müəssisə rəhbərliyi və əməkdaşları ilə söhbət zamanı onlar adı çəkilən məhkuma qarşı zorakı hərəkətə yol vermədiklərini, digər məhkumlar kimi kameradan çıxarılanda və qaytarılanda daxili intizam qaydalarına uyğun onun üzərində baxış keçirildiyini, bunun da onun narazılığına səbəb olduğunu söyləyiblər.
N.Pənahlının məhdudiyyətsiz vəkili ilə görüşdüyü, aclıq aksiyası keçirdiyi üçün həkim nəzarəti altında olduğu və hazırda öz kamerasında saxlanıldığı, özünün razılığı olarsa tibb hissəsinə köçürüləcəyi bildirilib.
Qeyd olunub ki, günün ikinci yarısında Bakı İstintaq Təcridxanasında N. Pənahlı mülki xəstəxananın həkimləri olan endokrinoloq və nevropatoloq tərəfindən müayinə ediləcəyi bildirilib. Ombudsmanın əməkdaşları N.Pənahlıya aclıq aksiyasını dayandırmağı tövsiyələr ediblər.

540