“Saxla” əmrinə tabe olmayan “Mercedes” polis maşınını əzdi
İyunun 29-da Bakı şəhəri Binəqədi rayonunda Yol Patrul Xidmətinin əməkdaşları xoşagəlməz vəziyyətlə üzləşiblər. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yol polisi əməkdaşları yol hərəkət qaydalarını kobud şəkildə pozan paytaxt sakini Vilayət Nağıyevin idarə etdiyi “Mercedes”i saxlamaq istəyiblər. Lakin sürücü polisin qanuni tələbinə məhəl qoymayıb və ötərək keçmək istəyib. Bu zaman V.Nağıyev avtomobilin idarəetməsini itirərək onu beton maneəyə çırpıb. Dərhal maşında olan 3 sərnişin düşərək qaçıb. V.Nağıyev isə qəzaya düşmüş maşınını geriyə hərəkət etdirərək polisə məxsus “BMW”-yə çırpıb.
Polisin səyləri nəticəsində V.Nağıyevi saxlamaq mümkün olub. Onun maşınına baxış keçirilən zaman xeyli miqdarda saxta əskinas götürülüb. Bundan başqa, maşından qanunla qadağan olunmuş bəzi əşyalar da tapılıb. Həmçinin məlum olub ki, V.Nağıyev həmin gün yanacaqdoldurma məntəqəsinə saxta 50 manatlıq verərək benzin alıb.
Faktla əlaqədar araşdırma aparılır.
Nizam RZA

423