Deputatlığa keçmiş namizəd iki maddə ilə ittiham olunur
09 iyun 2011 10:24 (UTC +04:00)

Deputatlığa keçmiş namizəd iki maddə ilə ittiham olunur

Ötən gün Bakının Nəsimi rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən deputatlığa keçmiş namizəd Nadir Orucovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma, daşıma, gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.


Bu barədə APA-ya Nəsimi rayon prokurorunun köməkçisi Günay Səlimzadə məlumat verib. Günay Səlimzadə Nadir Orucovun istintaqa ifadə verdiyini də bildirib: “Nadir Orucov artıq istintaqa ifadə verib. Lakin istintaq sirri olduğundan qətlin hansı səbəbdən baş verdiyini açıqlamaq düzgün deyil. Hazırda araşdırma gedir”.


Xatırladaq ki, iyunun 8-də Hüseyn Seyidzadə, 2A ünvanında deputatlığa keçmiş namizəd Nadir Orucov münaqişə zəminində tanışı Rövşən Rüstəmovu güllələyib.

Qeyd edək ki, Nadir Oruc oğlu Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I Seçki Dairəsindən deputatlığa namizəd olub. Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndəliyinin rəhbəridir. “Zivər Nadir” MTK İstehsalat Kommersiya firmasının baş direktoru, sahibkardır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540

Oxşar yazılar