Lənkəranda iki İran vətəndaşı tutulub
05 avqust 2009 15:15 (UTC +04:00)

Lənkəranda iki İran vətəndaşı tutulub

İran KİV-i onların “Səhər” telekanalının əməkdaşı olduğunu yazır, səfirlik isə bunu təkzib edir

İranın “presstv.ir” internet saytı iyulun 22-də Lənkəran şəhərində “Səhər” telekanalının iki əməkdaşının İrana gedərkən polis tərəfindən yolda saxlanıldığı barədə xəbər yayıb.

Lent.az xəbər verir ki, “presstv.ir” həmin şəxslərin “Səhər” telekanalının prodüsseri Şaban Əli Keyvani və operator Məsud Vaizi olduğunu yazıb.

Qeyd olunur ki, İran vətəndaşlarına sənədlərinin qaydasında olmadığı bildirilib və qanunvericiliyə əsasən, 600 manat cərimə ödəmələri tələb olunub.

Ancaq telekanal əməkdaşları bu cəriməni öədməyiblər və bu səbəbdən indiyə qədər Lənkəran Polis İdarəsində saxlanılmaqdadırlar.

İranın Azərbaycandakı səfirliyindən Lent.az-a bildiriblər ki, həqiqətən iyulun 22-də Şaban Əli Keyvani və Məsud Vaizi adlı İran vətəndaşları sənədləri qaydasında olmadığı üçün Lənkəranda polis tərəfindən saxlanılıb. Ancaq səfirlik nümayəndəsi həmin şəxslərin “Səhər” telekanalının əməkdaşları olmadığını deyib.

Səfirlikdən onu da bildirdilər ki, hər iki şəxs cəriməni ödəyərək, yaxın günlərdə azadlığa çıxacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 553

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15