14 saylı cəzaçəkmə müəssisəsində ölüm hadisəsi
Bu gün Bakıdakı 14 saylı cəzaçəkmə müəssisəsində ölüm hadisəsi baş verib. Qaradağ rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, müəssisəsində cəza çəkən 1973-cü il təvəllüdlü Bünyadov Habil İnqilab oğlu ölüb. Onun halı qəfildən pisləşib və müəssisənin tibb məntəqəsinə gətirilib. Burada isə 38 yaşlı məhbus dünyasını dəyişib. İlkin ehtimala görə, H.Bünyadov infarktdan ölüb.
Hadisə ilə bağlı ekspertiza təyin olunub və ekspertin rəyindən sonra ölüm hadisəsinin konkret səbəbi məlum olacaq.
Məlumatda o da bildirilir ki, H.Bünyadov Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə həbs edilib. Ona 6 il müddətində azadlıqdan məhrumetmə cəzası verilib.
Beyləqan rayonu Yuxarı Kəbirli kənd sakini H.Bünyadov 2005-ci ildən məhkumluq həyatı yaşayıb, onun azadlığa çıxmasına bir neçə ay qalıbmış.
Faktla bağlı araşdırma başlanılıb.
Nizam Rza

Oxşar yazılar

Sərhəddə 7,5 milyon manatlıq qaçaqmal tutulub
1 iyul 2025 , 11:24
Qəbələdə dağlıq-meşəlik ərazidə köməksiz qalan şəxs xilas olundu -VİDEO
1 iyul 2025 , 10:11
Yeniyetmə su kanalına düşüb
1 iyul 2025 , 09:32
Maşın vuran kişi 65 gün sonra öldü
1 iyul 2025 , 09:28
DTX dövlətə xəyanət edən şəxsi həbs etdi
1 iyul 2025 , 09:25
Rusiyada qətlə yetirilən azərbaycanlı qardaşların cənazəsi Ağcabədiyə gətirildi
1 iyul 2025 , 08:47
Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53