Nazir: “Fərda Qədirov psixoloji cəhətdən normal olmayıb”
“Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş verən cinayət hadisəsi ilə bağlı istintaq gedir, geniş araşdırmalara başlanılıb”.
Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında daxili işlər naziri Ramil Usubov deyib.
O bildirib ki, cinayətdə əlavə şəxslərin iştirak edib-etməməsi halı olubsa, istintaqın gedişində müəyyənləşəcək. R.Usubov eyni zamanda qeyd edib ki, hadisəni törədən Fərda Qədirov əslən Gürcüstandan olduğu üçün istintaq zamanı Gürcüstan tərəfi də Azərbaycana köməklik göstərir.
Nazirin sözlərinə görə, cinayət işinin motivi ilə də bağlı araşdırmalar gedir: «Hadisənin motivi araşdırılır. Dəqiq məlumat istintaqdan sonra məlum olacaq. Amma görünür ki, Fərda Qədirov psixoloji cəhətdən normal olmayıb”.
Hadisənin terror faktı olub-olmamasına gəlincə, nazir araşdırmaların davam etdiyini bildirib: «Hadisənin terror olub-olmamasını istintaq müəyyənləşdirəcək».
Şəhriyar Əlizadə

Oxşar yazılar

Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53
Yekaterinburqda vəhşicəsinə öldürülən azərbaycanlıların qardaşı danışdı-VİDEO
30 iyun 2025 , 21:47
Rusiyada öldürülən qardaşların meyiti yaxınlarına təhvil verildi-VİDEO
30 iyun 2025 , 21:05
Şamaxıda müəmmalı ÖLÜM: ailəsi qadının meyitini tapdı
30 iyun 2025 , 19:33
Perinatal Mərkəzdə 7 körpənin ölümünə görə şöbə müdiri ifadə verdi
30 iyun 2025 , 19:00
Saatlıda su üstündə MÜBAHİSƏ: Əmisini şüşə ilə doğradı
30 iyun 2025 , 18:42"Sputnik Azərbaycan"ın ofisində əməliyyat zamanı saxlanılanların adları
30 iyun 2025 , 18:33