Qəbələdə ilanlar orta məktəbə hücum edib
Azərbaycanın Qəbələ rayonunda orta məktəb ilanların hücumuna məruz qalıb.
Bu barədə APA-ya rayonun Mamaylı kənd sakini Vüqar Qaragözlü məlumat verib.
V. Qaragözlünün dediyinə görə, Mamaylı kənd orta məktəbində xeyli müddətdir, dərs prosesi pozulub. Bunun səbəbi isə məktəb binasını və məktəbin həyətyanı sahəsini uzunluğu 60 santimetrə çatan xallı ilanların basmasıdır. Kənd sakinləri tərəfindən artıq 20-dən çox ilanın məhv edildiyini söyləyən V. Qaragözlü məktəbə ilan axınının davam etdiyini qeyd edib. O, həmçinin məktəb müəllimləri və valideynlərin məsələ ilə əlaqədar dəfələrlə rayon təhsil şöbəsinə müraciət etdiklərini, hələlik heç bir tədbir görülmədiyini söyləyib: “Biz məktəbdə təhsil alan şagirdlərin valideynləri olaraq ilanların övladlarımıza zərər verə biləcəyindən ehtiyatlandığımızdan uşaqları dərsə buraxmaqdan qorxuruq”.
Qəbələ rayon Təhsil Şöbəsinin müdiri Oqtay Hacıyev də APA-ya açıqlamasında sözügedən kənddə mövcud olan problemi təsdiqləyib. Lakin o, Mamaylı kənd orta məktəbində dərs prosesinin pozulmadığını bildirib: “Ötən həftənin sonunda mənim göstərişimlə məktəb ilanların hər hansı təhlükə törədə biləcəyindən ehtiyatlandığımız üçün dərmanlanıb. Mayın 4-dən isə şagirdlər tam sərbəst dərsə buraxılıb. İndi orda heç bir təhlükə yoxdur”.

960