Bakı silah səsləri
“Face club” restoranında baş verən atışmada bir nəfər güllə yarası alıb
Bu gecə paytaxt küçələrində yenə güllə səsləri eşidilib. Atışma Səbayel rayonunun ərazisində baş verib. Gecə saat 00.00 radələrində Heybətov Rövşən Qalib oğlu 1 saylı şəhər xəstəxanasına güllə yarası ilə gətirilib. Həkimlər Rövşənin sağ bud nahiyəsindən güllə yarası aldığını aşkarlayıblar. Yaralı üzərində dərhal cərrahiyyə əməliyyatı aparılıb. Tibbi müdaxilədən sonra Rövşənin vəziyyəti normallaşıb.
Qeyd edək ki, güllə səsləri Səbayel rayonunun Nizami küçəsində yerləşən “Face club” restoranında eşidilib. ANS-in “qaynar xətt”inə zəng edən vətəndaşların sözlərinə görə, hadisə müştərilər arasında baş verib. Mübahisə edən müştərilərdən biri özündə olan silahla Rövşən Heybətova atəş açıb. Güllə yarası alan Rövşən öz avtomobilinə əyləşərək 1 saylı şəhər xəstəxanasına gəlib. Hadisənin baş verdiyi ünvan Səbayel Rayon Polis İdarəsinin və 9-cu polis bölməsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb. İdarənin rəhbərliyi və 9-cu polis bölməsinin rəisi Həsən Abdullayev də hadisə yerində olub.
Atışmanın hansı zəmində baş verməsi ilə bağlı suala bölmə rəisi Həsən Abdullayev cavab vermək istəməyib. Rəis deyib ki, iki nəfər arasında mübahisə qarşıdurma ilə nəticələnib. Həsən Abdullayev hadisənin təfərrüatlarını açıqlamadığından, Rövşən Heybətovu kimin yaraladığı, atəşin hansı silahdan açılması, hadisəyə görə kiminsə saxlanılıb-saxlanılmaması ilə bağlı suallar hələ də cavabsız qalır.
“Face club” restoranının rəhbərliyi də eyni məlumatdan fərqli heç nə deməyib. Restorandan verilən məlumata görə, təhlükəsizlik xidmətinin əməkdaşlarından biri restorana gələn müştərini içəri buraxmayıb. Bu zaman yaranan mübahisə zamanı dava düşüb.

840