Kütləvi qətllə bağlı saxlanılanların evində axtarış aparılıb
05 may 2009 10:30 (UTC +04:00)

Kütləvi qətllə bağlı saxlanılanların evində axtarış aparılıb

Nadir Əliyevin və Cavidan Əmirovun Marneuli rayonunun Daştəpə kəndində yaşadıqları evlər axtarılıb


Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən kütləvi qətllə bağlı saxlanılan Nadir Əliyevin və Cavidan Əmirovun Marneuli rayonunun Daştəpə kəndində yaşadıqları evdə axtarış aparılıb.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, hər iki evdə bu gün aparılan axtarışda Azərbaycan və Gürcüstan prokurorluqlarının əməkdaşları iştirak edib. Daştəpə kəndinin də daxil olduğu Qullar kəndinin icra nümayəndəsi Vidadi Həsənov APA-ya faktı təsdiqləyib. V. Həsənov deyib ki, evlərdən şübhəli heç nə tapılmayıb. Onun sözlərinə görə, axtarışda Marneuli rayon prokuroru, onun müavini, Gürcüstan Respublika Prokurorluğunun nümayəndəsi, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı da iştirak ediblər.

Nadir Əliyevin qardaşı Namiq Əliyev APA-nın əməkdaşına bildirib ki, evlərində axtarış aparılan zaman mətbuat nümayəndələrinə evə daxil olmağa icazə verilməyib. N. Əliyev deyib ki, axtarış aparan şəxslər ondan qardaşının Fərda Qədirovla əlaqəsinin olub-olmadığını soruşublar: “Mən isə dedim ki, onlar həmkəndli kimi təsadüfən rastlaşa bilərdilər. Amma qardaşımın Fərda ilə yaxın əlaqəsi yox idi. Bu yoxlama da göstərdi ki, qardaşımın günahı yoxdur”.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan prokurorluqlarının təmsilçiləri ADNA-da kütləvi qətl hadisəsi tərədən Fərda Qədirovun Marneuli rayonun Daştəpə kəndində yaşadığı evdə də axtarış aparıblar. Dünən aparılan axtarış zamanı evdən ona məxsus silahın sənədi tapılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 679

Oxşar yazılar