Daha bir əsgərimiz şəhid oldu
23 aprel 2009 17:30 (UTC +04:00)

Daha bir əsgərimiz şəhid oldu

19 yaşlı hərbçi Şüvəlanda basdırılıb

Azərbaycan Müdafiə Nazirliyinin Tərtər rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin əsgəri ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub.

Əsgərin qardaşı Vüqar Quliyevin ANS PRESS-ə verdiyi məlumata görə, 19 yaşlı əsgər Cavanşir Quliyev aprelin 21-də Tərtər rayonunun Tapqaraqoyonlu kəndi ərazisində aldığı güllə yarasından keçinib.

C. Quliyev bu il yanvarın 3-də Bakının Əzizbəyov rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. O, bu gün saat 15.30-da doğulduğu Şüvəlan kəndində dəfn olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bu barədə məlumatsız olduqları bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1127

Oxşar yazılar