Bakıda futbolçulara dini ədəbiyyat paylanır - EKSKLÜZİV
Federasiya prezidenti 15 yaşlı idmançılarımıza payladığı kitabı özü oxumadığını deyir
Bakı və Kəndlər Futbol Federasiyasının təşkilatçılığı ilə 1994-95-ci il təvəllüdlü oğlanlar arasında keçirilən futbol çempionatının açılışında yeniyetmə futbolçulara dini kitab paylanılıb. Bu barədə Lent.az-a açılış mərasimində iştirak edən şəxslərdən biri məlumat verib. Mənbə bildirib ki, Bakının Xocahəsən qəsəbəsində keçirilən “Xocahəsən”-“Təhsil” açılış matçında hər iki komandanın futbolçularına futbolka ilə yanaşı “Qəlbdən süzülən damcılar” adlı dini kitab da verilib.
Aprelin 17-də keçirilən açılış mərasimində Regional Futbol Federasiyalarının prezidenti İsgəndər Cavadov da daxil olmaqla Azərbaycan futbol ictimaiyyətinin bir sıra nümayəndələri iştirak edib.
“Qəlbdən süzülən damcılar” kitabının müəllifi İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sabiq rəhbəri Əliəkbər Ocaqnejatdır. Din alimi sayılan bu şəxs həm də Höccətülislam Vəl Müslimin dini dərəcələrini də alıb.
Kitabda Əliəkbər Ocaqnejatın müxtəlif vaxtlarda qəzet və jurnallarda yazdığı məqalələr, həmçinin dini tədbirlərdə etdiyi çıxışlar yer alıb. Kitab Bakıdakı nəşriyyatlardan birində işıq üzü görüb.
Bakı və Kəndlər Futbol Federasiyasının prezidenti Vaqif Davudov Lent.az-a açıqlamasında məlumatı təsdiqləyib: “Biz kitabları və futbolkaları uşaqlara hədiyyə etdik. Futbolkaları Regional Futbol Federasiyalarından almışdıq”.
O, kitabları haradan aldıqlarını açıqlamayıb: “O kitabları bizə bir yoldaş vermişdi. Dedi ki, tədbirinizdə uşaqlara verin. Həmin adam dindar bir oğlandır. Mən də dedim ki, çox sağ olun. Bu kitabı payladıq ki, uşaqlar imanlı olsunlar, idmanı sevsinlər. Həm də bu günlərdə bütün İslam ölkələrində bayramdır”.
V.Davudov kitabda din və şəriətdən yazıldığını desə də, onu oxumadığını vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a məsələ barədə məlumatsız olduqlarını bildiriblər.

1012