Gülər Əhmədova: “Məni öldürmək olar, ancaq döymək yox”
Millət vəkili fiziki təzyiqə məruz qalması barədə məlumatlara münasibət bildirib
“Məni öldürmək olar, ancaq döymək yox”. Bu sözləri APA-ya açıqlamasında Milli Məclisin üzvü, son günlər mətbuatda döyülməsi ilə bağlı məlumatlar yayılan Gülər Əhmədova deyib.
Deputat bir neçə gün əvvəl evində xoşagəlməz hadisə ilə üzləşdiyini təsdiqləsə də, fiziki təzyiqlərə məruz qalması barədə yayılan informasiyaların həqiqəti əks etdirmədiyini söyləyib: “Bu yaxınlarda qaynanam dünyasını dəyişib. Hüzn içində olduğuma görə mətbuata geniş müsahibə vermək istəmirəm. Sadəcə, onu bildirirəm ki, mənim kimlərinsə tərəfindən döyülməyim barədə yayılan məlumatlar doğru deyil. Vaxtı çatanda bu məsələyə aydınlıq gətiriləcək”.
Qeyd edək ki, APA-nın bu gün G. Əhmədova ilə görüşən və onun şəkillərini çəkən əməkdaşı da onun üzündə fiziki təzyiqlərin əlamətlərini müşahidə etməyib.
Xatırladaq ki, Xətai rayon Polis İdarəsindən APA-ya hadisənin aprelin 19-da, axşam saatlarında, G. Əhmədovanın Xətai rayonu, H. Aslanov qəsəbəsi, S. Hümbətov küçəsində yerləşən 80 saylı evdə baş verdiyi bildirilib.
Məlumatda qeyd olunur ki, evə daxil olan qadınlarla G. Əhmədova arasında mübahisə yaranıb. Sonradan davaya çevrilən münaqişə nəticəsində G. Əhmədovanın müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
Məlumatda o da deyilir ki, hadisəyə mülk üstündə yaranan narazılıq səbəb olub. G. Əhmədova insidentlə bağlı Xətai rayon Polis İdarəsinə müraciət edib.

Oxşar yazılar

Gəncədə misgərlik emalatxanası yandı
15 may 2025 , 21:24
Məhkəmədə Qubadlının Zilanlı kəndinin və Zəngilanın işğalı zamanı çəkilən videomaterial nümayiş olundu
15 may 2025 , 19:48
Bakıda evdən kişi meyiti tapıldı
15 may 2025 , 19:33
Azərbaycanda basqın və qətllər törədən "banda" üzvü 30 il sonra məhkəməyə çıxarılır
15 may 2025 , 19:16
Bakıda 7 ay əvvəl dənizdə batdığı ehtimal edilən gənc sağ tapıldı
15 may 2025 , 18:20
Masallıda 20 yaşlı oğlanın meyiti tapıldı
15 may 2025 , 18:10
Polis idarəsinin rüşvətxor rəisi SAXLANILDI
15 may 2025 , 17:14