Xalq yazıçısı Sabir Əhmədli vəfat etdi
Bu gün Azərbaycanın Xalq yazıçısı, Əməkdar incəsənət xadimi, nasir, publisist Sabir Əhmədli uzun sürən xəstəlikdən sonra 79 yaşında vəfat edib. Yazıçının yaxınları Lent.az-a bildirib ki, S.Əhmədli ömrünün son günlərinə qədər bir sıra xəstəliklərdən, o cümlədən təzyiq və şəkərdən əziyyət çəkirmiş. S.Əhmədli sabah torpağa tapşırılacaq. Yazıçının dəfn ediləcəyi yer hələlik dəqiqləşməyib.
Qeyd edək ki, Sabir Məmməd oğlu 1930-cu il iyulun 10-da Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirib. “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1956-1993), baş redaktor (1993-1996) işləyib. 1955-ci ildən AYB-nın üzvü olan yazıçı “Toğana” (1981), “Yasamal gölündə qayıqlar” (1984), “Gedənlərin qayıtmağı, dünyanın arşını” (1985), “Kütlə” (1999), “Axirət sevdası” (2003), “Şəhid ruhu” (2004) və s. kitabların müəllifidir.
Yazıçı sağlığında “Əmək şöhrətinə görə” medalı ilə də təltif edilib.
II Dünya Müharibəsi qəhrəmanı Cəfər Əhmədovun qardaşı idi.
Allah rəhmət eləsin!
Pərvin ABBASOV

Oxşar yazılar

6-cı mərtəbədən yıxılan yeniyetmə sağ qaldı
30 iyun 2025 , 13:15
"Sputnik Azərbaycan"da əməliyyat keçirilir
30 iyun 2025 , 12:49
Bakıda mağazada ÖLÜM
30 iyun 2025 , 12:45
Rüfət Səfərovun məhkəməsi BAŞLADI
30 iyun 2025 , 12:40
Ağdamda polis minaya düşdü - YENİLƏNİB
30 iyun 2025 , 11:52
Bakıda gənc oğlanın kanalizasiyaya düşüb ölməsi ilə bağlı cinayət işi AÇILDI
30 iyun 2025 , 11:48
Yekaterenburqda öldürülənlərin nəşi nə zaman gətiriləcək? - AÇIQLAMA
30 iyun 2025 , 11:45