Kamran Əsədovun məhkəməsində telekanal əməkdaşı ifadə verdi
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun və digər 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında da davam etdirilib.
APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə əlavə şahid qismində ANS TV-nin əməkdaşı Nicat Cəfərov ifadə verib. O, təqsirləndirilən Samir Əliyevlə orta məktəbdə bir sinifdə oxuduğunu deyib. İbadətlə məşğul olmadığını söyləyən N. Cəfərov təqsirləndirilən Kamran Babayevin S. Əliyevin vasitəçiliyi ilə onlara məxsus evdə 3-4 ay kirayədə qaldığını da bildirib. N. Cəfərov kirayədə qaldığı müddətdə K. Babayev tərəfindən hər hansı dini mərasimlərin şahidi olmadığını da qeyd edib.
Sonra təqsirləndirilənlər İlkin İsmayılova qarşı edilən təzyiqlə bağlı məhkəmənin qərarının icrası ilə maraqlanıblar. Hakim İ. Neymanov deyib ki, baş verənlərlə əlaqədar adıçəkilən qurumlara müraciət edilib. Proses hərbi sənədlərin elan olunması ilə bağlı bundan sonra qapalı keçirilib.
Proses aprelin 16-da davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehrəliyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yaşar Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Məhərrəmov, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.

Oxşar yazılar

6-cı mərtəbədən yıxılan yeniyetmə sağ qaldı
30 iyun 2025 , 13:15
"Sputnik Azərbaycan"da əməliyyat keçirilir
30 iyun 2025 , 12:49
Bakıda mağazada ÖLÜM
30 iyun 2025 , 12:45
Rüfət Səfərovun məhkəməsi BAŞLADI
30 iyun 2025 , 12:40
Ağdamda polis minaya düşdü - YENİLƏNİB
30 iyun 2025 , 11:52
Bakıda gənc oğlanın kanalizasiyaya düşüb ölməsi ilə bağlı cinayət işi AÇILDI
30 iyun 2025 , 11:48
Yekaterenburqda öldürülənlərin nəşi nə zaman gətiriləcək? - AÇIQLAMA
30 iyun 2025 , 11:45