Cəlilabadlılar vəhşi bəbiri axtarırlar
13 aprel 2009 11:00 (UTC +04:00)

Cəlilabadlılar vəhşi bəbiri axtarırlar

Rayon sakininə hücum edən bəbirin gəlmə olduğu güman edilir

Vəhşi bəbirin hücumuna məruz qalmış Cəlilabad rayonunun Gülməmmədli kənd sakini 17 yaşlı Zahid İsgəndərovun vəziyyəti orta ağırdır. Bu barədə “Azadlıq” radiosuna həkimlər xəbər verib. Zahid İsgəndərov özü isə səhhətinin qənaətbəxş olduğunu bildirib.

Hadisə kəndin kənarındakı meşə massivində aprelin 9-da saat 4-də baş verib. Zahid İsgəndərov bir neçə başqa gənclə birgə kəndin kənarında gəzdiyi zaman bəbirin onlara tərəf gəldiyini görüb. İsgəndərovun sözlərinə görə, bəbirə daş atıblar ki, onlara yaxınlaşmasın. Amma, görünür, bu tədbir təsirli olmayıb.

Sol gözü, başı, aşağı və yuxarı ətraflarından xəsarət alan Z.İsgəndərov Cəlilabad rayon mərkəzi xəstəxanasına yerləşdirilib. İsgəndərovun həmkəndliləri isə bəbiri zərərsizləşdirmək üçün axtarışa başlayıblar. Hələ ki, axtarışlar bir nəticə verməyib.

Qafqaz bəbirinin yer üzündən silinməsinin qarşısını almaq məqsədilə yaradılmış «Hirkan» qoruğunda bu axtarışlardan narahatdırlar.

“Hirkan” qoruğunun məsul işçisi Ramazan Bünyadov deyir ki, qoruqda 6 Qafqaz bəbiri var. Lakin bu bəbirlər Z.İsgəndərovun hücuma məruz qaldığı əraziyə gedə bilməzdi, çünki nəzarətdədirlər.

Ramazan Bünyadovun sözlərinə görə, İranın Cəlilabad rayonu ilə həmsərhəd bölgələrində də qoruq yerləşir. O ehtimal edir ki, Z.İsgəndərova hücum edən bəbir yerli deyil, gəlmə imiş.

Gülməmmədli kənd sakinləri deyirlər ki, ev heyvanları bəbir hücumuna məruz qalanda qoruq rəhbərliyi onlara kompensasiya ödəyir. Amma kəndlilər insanların hücuma məruz qaldığı hallarda hansı tədbirlərin görülməli olduğundan xəbərsizdirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1335

Oxşar yazılar

Abşeronda biznesmen özünü asdı

Abşeronda biznesmen özünü asdı

12 aprel 2025 , 19:20
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

12 aprel 2025 , 17:41
Elşad Abdullayev prokurorluğa ÇAĞIRILDI

Elşad Abdullayev prokurorluğa ÇAĞIRILDI

12 aprel 2025 , 17:35
Bakıda narkotik çəkən taksi sürücüsü həbs olundu

Bakıda narkotik çəkən taksi sürücüsü həbs olundu

12 aprel 2025 , 16:41
Şamaxıda zəlzələ   oldu

Şamaxıda zəlzələ oldu

12 aprel 2025 , 16:04
Sərxoş olub maşının yerini unutdu,  polisə yalan DANIŞDI - Bakıda ŞOK OLAY

Sərxoş olub maşının yerini unutdu, polisə yalan DANIŞDI - Bakıda ŞOK OLAY

12 aprel 2025 , 15:43
Rayonda hamı onu axtarır

Rayonda hamı onu axtarır

12 aprel 2025 , 15:39
Aeroport yolunda QƏZA

Aeroport yolunda QƏZA

12 aprel 2025 , 15:04