Ali Məhkəmənin sədri Məlahət Həsənovanın cavabını verdi
27 fevral 2009 11:29 (UTC +04:00)

Ali Məhkəmənin sədri Məlahət Həsənovanın cavabını verdi

“Hansı partiyanın üzvü olub-olmamasından asılı olmayaraq, ədalətli danışmaq lazımdır. Məsələni dərindən öyrənmədən məhkəmələrin qanunsuz qərar çıxardığı haqda populist fikir söyləmək düzgün deyil”.


APA-nın məlumatına görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Ali Məhkəmənin sədri Ramiz Rzayev bir müddət öncə Milli Məclisin deputatı Məlahət Həsənovanın Azərbaycan məhkəmələrində boşanma halları ilə bağlı işlərə düzgün baxılmaması haqda fikrinə münasibət bildirərkən deyib. Ali Məhkəmə sədrinin sözlərinə görə, boşanma zamanı mülkiyyətin bölüşdürülməsi ilə bağlı qanunda problem mövcuddur: “Bu qanunu biz qəbul etməmişik, parlament qəbul edib. Qanunu qəbul edənlərdən biri də Məlahət Həsənovadır”.

R. Rzayev bildirib ki, məhkəmələr qanundan kənara çıxa bilməzlər: “Azərbaycanda heç kim deyə bilməz ki, ailə quranda mülkiyyətin bölüşdürülməsi haqqında müqavilə bağlayıb. Buna görə də, boşanma zamanı mülkiyyətin bölüşdürülməsində problem yaranır. Məhkəmə də qanuna uyğun qərar çıxarır. Ona görə də məhkəmələrin bu məsələdə ittiham etmək olmaz”.

Azərbaycan məhkəmələrinin Avropa standartlarına tam uyğun formalaşdırıldığını deyən R. Rzayev qanunların müasir və beynəlxalq standartlara əsaslandırıldığını qeyd edib.
R. Rzayev onu da deyib ki, Ali Məhkəmənin yeni binası bu ilin mayında istifadəyə verilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1353

Oxşar yazılar

Salyanda AĞIR QƏZA:   Sürücü öldü

Salyanda AĞIR QƏZA: Sürücü öldü

12 dekabr 2024 , 07:36
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03