3 ildə ölkədə 75-i hakim intizam məsuliyyətinə cəlb edilib
“ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycan məhkəmələrinin fəaliyyətinin mənfi qələmə verilməsi onların işidir və özləri üçündür.
Biz onların hesabatına hörmətlə yanaşırıq, amma yaxşı olar ki, hər dövlət öz məhkəmə sisteminin fəaliyyəti ilə məşğul olsun. Biz xalqımız üçün çalışırıq. Rüşvət alan və ya qanuna zidd hərəkət edən hakim üçün isə ciddi tədbir görülür. Hesab edirəm ki, belə şəxslərin hakimlik etməyə mənəvi haqqı yoxdur”.
APA-nın məlumatına görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib. R. Rzayev bildirib ki, 2005-2008-ci illər ərzində Azərbaycanda qanunu pozan hakimlər haqqında 101 intizam icraatı başlanılıb. Onlardan 75-i isə intizam məsuliyyətinə cəlb edilib. Ali Məhkəmə sədrinin fikrincə, cəmiyyət olduqca problemlər də qalacaq və bu bütün sahələrə öz təsirini göstərəcək: “Məhkəmələrdə də bu problemlərin olması gizlədilmir. Heç vaxt məhkəmələrin fəaliyyətinin hamımızı qane etməsi haqda fikir söyləməmişəm. Sadəcə, məlumdur ki, Azərbaycan məhkəmələrində irəliləyişlər var və müsbət tendensiyalar hiss olunur”.
R. Rzayev məhkəmələrdəki problemlərin obyektiv və subyektiv səbəblərinin olduğunu da qeyd edib: “Çalışırıq ki, obyektiv problemləri həll edək. Buna da müxtəlif üsullarla nail oluruq. Məsələn, hakimlərin sayının artırılması və bununla da iş yükünün azaldılması, məhkəmələrin maddi-texniki bazanın yaxşılaşdırılması və sairə. Subyektiv faktorlar isə mütəmadi olaraq Məhkəmə Hüquq Şurasında müzakirə edilir və tədbirlər görülür. İşdə yol verdikləri süründürməçiliyə və ədalətsiz qərarlara görə, hakimlər cəzalandırılır. Hətta vaxtından əvvəl fəaliyyətinə xitam verilir”.
R. Rzayev hazırda Azərbaycan məhkəmələrində 470 şəxsin hakimlik fəaliyyəti göstərdiyini bildirib: “Hakimlərin fəaliyyətinə ciddi yanaşırıq. Bu səbəbdən də işdə neqativ hallara yol verən 30-dan çox hakim yeni təyinat almayıb. Hesab edirəm ki, bütün hakimlər cəmiyyətə nümunə olmalıdır”.

Oxşar yazılar

ABŞ səhiyyəsinə 137 milyon dollarlıq zərbə vuran azərbaycanlı TUTULDU
7 iyul 2025 , 13:40
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar
7 iyul 2025 , 12:47
Heyvanxananın keçmiş direktorunun meyiti çaydan tapıldı
7 iyul 2025 , 12:11
Bakıda 2 yaşlı uşaq siçan dərmanından zəhərləndi
7 iyul 2025 , 11:12
Bloger İmaməddin Əlimanovun MƏHKƏMƏSİ BAŞLADI
7 iyul 2025 , 10:45
Bakıda minik maşını yük avtomobili ilə toqquşdu, ölən var
7 iyul 2025 , 10:43
Göyçayda kişi həyətdə yıxılıb öldü
7 iyul 2025 , 09:24