Generalın qətli ilə bağlı yeniliklər var
Lakin Baş Prokurorluq hələlik ictimaiyyətə hər hansı açıqlamanın verilməsi zəruri hesab etmir
“General Rail Rzayevin qətli ilə əlaqədar operativ və intensiv əməliyyat-istintaq fəaliyyəti davam etdirilir. Qətllə bağlı müəyyən məlumatlar və yeniliklər var, lakin hələlik ictimaiyyətə hər hansı açıqlamanın verilməsi zəruri hesab olunmur və buna ehtiyac görülmür”. Bu sözləri “Media forum” saytına Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.
E.Sultanov qeyd edib ki, istintaqın gedişatı barədə ictimaiyyətə məlumat verilməməsi iki amillə bağlıdır: “Birincisi, istintaqın ilkin mərhələsidir və əldə olunan məlumatlar istintaq sirridir. İkincisi, hər hansı məlumatın açıqlanması cinayətkarların istintaqdan gizlənməsinə şərait yarada bilər”.
Mətbuat xidmətinin rəhbəri deyib ki, zərurət yaranan kimi ictimaiyyətə açıqlama veriləcək: “Hələlik onu deyə bilərəm ki, bu qətllə bağlı mətbuatda yayılan məlumatlar reallığı əks etdirmir. Həmin məlumatlarda hüquq-mühafizə orqanlarındakı mənbələrə istinad olunması onlara həqiqət donu geyindirmək cəhdidir”.
Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayev fevralın 11-də səhər saatlarında paytaxtın İsmayıl bəy Qurtqaşınlı küçəsində qətlə yetirilib.
Fevralın 12-də Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri birgə məlumat yayıb. Məlumatda generalın xidməti avtomobilində odlu silahdan açılmış atəşlə öldürüldüyü, faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və qanunsuz silah saxlama maddələri ilə cinayət işi başlandığı bildirilib. Həmin məlumata görə, Respublika Baş Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin peşəkar əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb, cinayətin açılması və onu törədənlərin müəyyən edilib tutulması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilir.

1796