“Məcidova bacılarını oğurlayıb, polis rəisinin müavininə verdik”
19 fevral 2009 16:00 (UTC +04:00)

“Məcidova bacılarını oğurlayıb, polis rəisinin müavininə verdik”

İsmayılov qardaşları Nailə və Reyhanə Məcidova bacılarını öldürmədiklərini bildiriblər

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Dəvəçi rayonun Dağbilici kənd sakinləri Reyhanə və Nailə Məcidovları qətlə yetirməkdə təqsirləndirilən Təvəkkül, Elnur, Elçin İsmayılov qardaşlarının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş tərəfin nümayəndələri və təqsirləndirilən şəxslərin qohumları iştirak etməyiblər.

Məhkəmədə təqsirləndirilən Təvəkkül İsmayılov çıxış edərək, cinayət işinin yenidən ibtidai istintaqa qaytarılmasını istəyib: “Mən özümü qismən təqsirli bilirəm. Reyhanə və Nailə Məcidova bacılarını oğurlayıb, Dəvəçi Rayon Polis İdarəsinin rəis müavini Məmmədmusa Musayevə vermişəm. Bunu etiraf edirəm. Digər məsələlərdən xəbərim yoxdur. İstintaq zamanı müstəntiq əvəzimdən ifadə yazıb, mənə imzalatdırıb”.

Elnur İsmayılov da qardaşının fikri ilə razı olduğunu deyib və məhkəməyə zərərçəkmişlərin gətirilməsini istəyib. Hakim vəsatətini qəbul edərək, prosesi fevralın 23-nə kimi təxirə salıb.

Qeyd edək ki, İsmayılov qardaşlarının cinayət işində 11 zərərçəkmiş, 33 nəfər isə şahid var. İttiham aktına əsasən, qardaşlar Məcidova bacılarından başqa digər qızları da zorlayaraq qətlə yetiriblər.

2007-ci ilin avqustun 6-da qətlə yetirilən Nailə və Reyhanə Məcidova bacılarından birincisinin meyiti avqustun 9-da Samur-Abşeron kanalından tapılsa da, Reyhanənin meyiti tapılmayıb.

Şəhriyar Əlizadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1994

Oxşar yazılar