ABŞ və Rusiya casus qalmaqalının həlli yolunu tapdı
09 iyul 2010 11:00 (UTC +04:00)

ABŞ və Rusiya casus qalmaqalının həlli yolunu tapdı

Casuslar qarşılıqlı mübadilə edildi

ABŞ və Rusiya arasında casus qalmaqalı sona çatıb.

Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, ABŞ az əvvəl Rusiyaya casusluqda günahlandırılan 10 nəfəri, Rusiya isə ABŞ və Qərb dövlətlərinə casusluqda günahlandırılan 4 nəfəri azad ediblər.

Casuslar qarşılıqlı olaraq yaxın saatlarda ABŞ və Rusiya ərazisini tərk etməlidirlər.

Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Natalya Timakova deyib ki, dövlət başçısı Dmitri Medvedev Qərb dövlətləri ilə əməkdaşlıq etmin 4 nəfərin - İqor Sutyaqin, Aleksandr Zaporojski, Sergey Skripal və Gennadi Vasilenkonun əfv edilməsi barədə fərman imzalayıb. Bu şəxslər ABŞ-ın Rusiya lehinə casusluqda günahlandırıldığı 10 nəfərlə dəyişdiriləcək.

Dünən axşam isə Nyu-York Məhkəməsində həmin 10 nəfər Rusiyaya casusluq etdiklərini boyunlarına alıblar. Məhkəmə bu şəxslərin bir daha geri qayıtmamaq şərtilə ABŞ-dan qısa müddətdə deportasiyasına qərar verib.

Hər iki ölkənin xarici siyasət idarələri artıq məsələ ilə bağlı şərh veriblər. Rusiya Xarici İşlər Nazirliyi baş verənlərin iki ölkə arasında münasibətlərinin yaxşılaşmasının göstəricisi sayıb. Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Mark Toenr isə deyib ki, ABŞ milli maraqları və humanizmi əsas götürərək casus mübadiləsini məqbul hesab edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 378

Oxşar yazılar