Qızının başını kəsən ata məhkəmə qarşısında
Mayın 14-də Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə öz qızını öldürməkdə təqsirləndirilən Dəvəçi rayon sakininin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Qurban Sərdarovun cinayət işi üzrə məhkəmə baxışı mayın 21-ə təyin olunub.
İttihama görə, bu ilin fevralın 17-də Dəvəçi rayonu H. Əliyev küçəsində yaşayan, 1962-ci il təvəllüdlü Quraban Məhərrəm oğlu Sərdarov 1986-cı il təvəllüdlü qızı Pərvin Sərdarovanın boğazını kəsərək qətlə yetirib. Qətli törədəndən sonra Q.Sərdarov rayon prokurorluğuna gedərək hadisə barədə məlumat verib.
O, ibtidai istintaqa ifadəsində qızını yüngül həyat tərzi keçirdiyinə görə qətlə yetirdiyini söyləyib.
Q.Sərdarov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunur.
Fərid Əkbərov

338