“Təzadlar” qəzetinin Mətbuat Şurasına qarşı iddiası təmin olunmadı
Bu gün Nəsimi Rayon Məhkəməsi “Təzadlar” qəzetinin Azərbaycan Mətbuat Şurasına qarşı qaldırdığı iddiasına baxılıb. Lent.az-ın məlumatına görə, iddia təmin edilməyib. Hakim İkram Şirinovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qəzetin Mətbuat Şurasının bu nəşrlə bağlı çıxardığı qərarının ləğvi, Şuranın “Təzadlar”dan üzr istəməsi və dəymiş mənəvi ziyana görə 50 min manat cərimə ödəməsi ilə bağlı tələbi əsassız sayılıb.
Məhkəmədə iştirak edən MŞ-nin səlahiyyətli nümayəndəsi vəkil Şəmsəddin Əliyevin bildirdiyinə görə, iddiaçı tərəf prosesin yekunlaşmaqda olduğu indiki mərhələdə işin aidiyyatı üzrə Bakı şəhər 1 saylı Yerli İqtisad Məhkəməsinə göndərilməsi barədə vəsatət qaldırmışdı. Məsələyə aydınlıq gətirən vəkil qəzetin bu addımın məhkəmə prosesini ləngitmək istəyi kimi dəyərləndirib və hakimin vəsatəti təmin etmədiyini vurğulayıb.
Qeyd edək ki, Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası ötən ilin sentyabrında keçirilən iclasında Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin müraciətinə əsasən “Təzadlar” qəzetində səfir Hulusi Kılıç barədə gedən yazını müzakirə edərək müvafiq rəy çıxarıb. Həmin rəydə nəşrin məlum materialında peşə prinsiplərinin tələblərinə aşkar sayğısızlıq etdiyi əksini tapıb. Sənəddə həmçinin “Təzadlar”ın fəaliyyəti ilə bağlı quruma daxil olan digər şikayət və müraciətlərin motivləri nəzərə alınaraq nəşrin adının Şuranın “qara siyahı”ya salınmasının zəruriliyi göstərilib. MŞ-nin İdarə Heyəti 22 oktyabr 2009-cu il tarixli iclasında həmin rəy əsasında müvafiq qərar çıxarıb.

414