Qadın keçmiş ərini tutdurdu, ombudsman buraxdırdı
Elmira Süleymanovanın müdaxiləsindən sonra kişi buraxılıb
Martın 12-də saat 13.00 radələrində Ombudsman Aparatının “qaynar xətt”inə zənglə müraciət edilərək, saxlanılan şəxs X.Ə.-nin Sabunçu Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsində dindirilmə zamanı müstəntiq tərəfindən təzyiqlərə məruz qaldığı bildirilib. Bu barədə Lent.az-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Ombudsmanın tapşırığına əsəsən, Aparatın əməkdaşları həmin məlumatla həmin gün saat 14.00-da Sabunçu RPİ-nin İstintaq şöbəsində olublar. Müvəkkilin nümayəndələri Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunaraq müstəntiqin otağında dindirilən şəxslə, onun cinayət işi üzrə müdafiəçisi ilə və müstəntiqlə görüşüb, müraciətlə bağlı müvafiq araşdırma aparıblar.
Müəyyən edilib ki, ailə münaqişəsi zəminində baş vermiş hadisə ilə əlaqədar sabiq həyat yoldaşı tərəfindən verilmiş şikayət ərizəsi əsasında X.Ə. barəsində cinayət işi başlanılıb, haqqında axtarış elan olunub və o, martın 12-si saat 08.00-da tutularaq, Sabunçu RPİ İstintaq şöbəsinə təhvil verilib.
Təkbətək söhbət zamanı X.Ə. tutularkən və dindirilmə prosesində ona qarşı hər hansı bir qeyri-qanuni rəftara, işgəncəyə yol verilmədiyini söyləyib və ona mövcud cinayət-prosessual qanunvericiliyinin qaydaları izah olunub.
Müvəkkilin müdaxiləsindən sonra X.Ə. sərbəst buraxılıb və onun müdafiəçisi Ombudsmana minnətdarlığını bildirib.
Pərvin ABBASOV

Oxşar yazılar
Bakıda gölün ətrafında yanğın baş verdi - VİDEO
16 iyul 2025 , 03:41
Yeni sadə müalicə yüksək qan təzyiqini azalda bilər
16 iyul 2025 , 02:27
Cəlilabadda dağlıq ərazi yanıb, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 21:02
Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57