Nardaranda aksiya: təkərləri yandırıb, yolu bağladılar
Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində növbəti dəfə etiraz aksiyası keçirilib. Bu brədə Lent.az-a qəsəbə sakinlərindən biri məlumat verib. Fevralın 1-də keçirilən aksiyaya səbəb isə yerli əhaliyə Xəzər dənizinin Nardaran sahillərində balıq tutmasına icazə verilməməsi olub. Belə ki, 100-dək aksiya iştirakçısı Nardaranda “dördyol” adlanan ərazidə təkər şinləri yandıraraq, yolu bağlayıb. Bu zaman yolda xeyli sayda avtomobil yığılıb. Aksiya iştirakçıları onlardan balıq tutmaq üçün hər qayığa görə aylıq 200 manat tələb olunmasına qarşı çıxıblar: “Biz nə qədər qazanırıq ki, ayda 200 manat da verək?!”
Əraziyə polis əməkdaşları da gəlib. Onlar aksiya iştirakçıları ilə məsələni danışıq yolu ilə yoluna qoyub. Yalnız bundan sonra balıqçılar dağılışıb.
“Həqiqətən də Nardaran qəsəbəsində bir qisim adam toplaşıb. Lakin bizim əməkdaşlarımız buna müdaxilə etməyib”. Bu barədə isə Lent.az-a Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən bildirilib.
Qeyd edək ki, balıqçılıq Nardaran əhalisinin əsas məşğuliyyətlərindən biri sayılır.
Pərvin ABBASOV

Oxşar yazılar

Qumarxanalardan pul yığan polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 , 15:49
Azərbaycanda bu qadını görənlər polisə desin - AXTARILIR
12 iyul 2025 , 15:32
Yekaterinburqda saxlanılan azərbaycanlıların kafesi fəaliyyətə BAŞLADI
12 iyul 2025 , 14:55
Azərbaycanda keçmiş nazir vəfat etdi
12 iyul 2025 , 14:18
“Sputnik V” peyvəndini ilk sınaqdan keçirən alim faciəvi şəkildə öldü
12 iyul 2025 , 13:39
"Zerkalni" nömrə verən yol polisi rəisi İŞDƏN QOVULDU
12 iyul 2025 , 12:23
İçərisində 20 ton saqqız olan TIR belə qarət olundu
12 iyul 2025 , 11:46