Bakıda avtomobil yolu keçən qadınları vurdu: ölən və yaralanan var
Sentyabrın 4-də Bakı şəhərinin Sabunçu rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Komsomol dairəsinin yaxınlığında 1963-cü il təvəllüdlü Qasımov Asif Sirac oğlu idarə etdiyi 10 RA 109 nömrə nişanlı avtomobillə 2 piyadanı vurub.
Nəticədə ağır xəsarətlər almış 1956-cı il təvəllüdlü Ceyran Hüseynova və 1984-cü ildə anadan olmuş Zemfira Aşurova ağır bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. C.Hüseynovanın həyatını xilas etmək mümkün olmayıb.
Fakt üzrə cinayət işi başlanılıb, araşdırma aparılır.
Nizam RZA

2356