Əsgərlikdən yeni qayıdan gənc faciəli şəkildə öldü – TƏFƏRRÜAT
05 sentyabr 2012 11:41 (UTC +04:00)

Əsgərlikdən yeni qayıdan gənc faciəli şəkildə öldü – TƏFƏRRÜAT

Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Biləcəri qəsəbəsində inşa edilən stadionda 1991-ci il təvəllüdlü Ramazanzadə Orxan Aftandil oğlu qaldırıcı qurğudan yıxılıb.


Məlumata görə, 21 yaşlı oğlan qurğunu təmir etmək üçün hündürlüyü təxminən 10 metr olan qaldırıcının üstünə çıxıb və oradan yıxılıb. O.Ramazanzadə ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bədbəxt hadisə nəticəsində ölən gənc Bakı şəhər, Səbail rayon, Bayıl qəsəbə sakinidir. O, bir neçə ay əvvəl hərbi xidmətdən qayıdıbmış və çox keçmədən ailəyə kömək məqsədi ilə işləməyə başlayıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4384

Oxşar yazılar