Məhkəmə sədri və icra nümayəndəsi yol qəzasında öldü - YENİLƏNİB
05 sentyabr 2012 10:51 (UTC +04:00)

Məhkəmə sədri və icra nümayəndəsi yol qəzasında öldü - YENİLƏNİB

Sentyabrın 4-də Bakı-Qazax magistralının Qaradağ rayonu ərazisindən keçən hissəsində Sahil qəsəbəsində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, “Trans Qeyt” MMC şirkətinə məxsus, Sahil qəsəbə sakini Əhmədov Vüsal Hüseyn oğlunun idarə etdiyi 10 TF 541 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə Abbasov Qasid Ziyad oğlunun idarə etdiyi “Hyundai SantaFe” markalı, 90 DN 045 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü, 1957-ci il təvəllüdlü Abbasov Qasid Ziyad oğlu hadisə yerində ölüb.

Sərnişin, 1960-cı il təvəllüdlü Ağayev İlham Barat oğlu Q.Abbasovun həyat yoldaşı Abbasova Gülnarə Güləli qızı isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Kliniki Tibbi Mərkəzdən Lent.az-a bildiriblər ki, İlham Ağayev gecə saatlarında xəstəxanada ölüb.

Qeyd edək ki, Q.Abbasov Mehdiabad qəsəbəsinin icra nümayəndəsinin müavini, İ.Ağayev isə Xəzər rayon Məhkəməsinin sədridir.

Nizam RZA

***

05 Sentyabr 2012 01:01

Bu gün axşam saatlarında Qaradağ rayonunun Sahil qəsəbəsində bir nəfərin ölümü və iki nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza zamanı Əhmədov Vüsal Hüseyn oğlunun idarə etdiyi 197 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusu ilə Abşeron rayonu Mehdiabad qəsəbə icra nümayəndəsi Abbasov Qasid Ziyad oğluna məxsus “Hyundai” markalı avtomobil toqquşub. Nəticədə “Hyundai”yın sürücüsü Qasid Abbasov hadisə yerində dünyasını dəyişib.

Həmin avtomaşında olan iki sərnişin - Xəzər rayon məhkəməsinin sədri İlham Ağayev və sürücünün həyat yoldaşı Gülnarə Abbasova isə ağır vəziyyətdə 1 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, İlham Ağayev və Gülnarə Abbasovanın vəziyyətləri ağır olduğundan onların üzərində hazırda cərrahiyə əməliyyatı davam etdirilir.

Qeyd edək ki, qəza zamanı sərnişin avtobusunda olan sərnişinlər arasında xəsarət alan olmayıb. Qəzadan əvvəl isə sərnişin avtobusu Sahil qəsəbəsindən şəhər istiqamətinə doğru, digər avtomaşın isə əksinə üzü qəsəbəyə tərəf hərəkətdə olub.

Qəza baş verən ünvanda Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb, şahid ifadələri alınıb. Yol-nəqliyyat hadisəsinin baş vermə səbəblərinə istintaq araşdırmalarından sonra aydınlıq gətiriləcək.

ANSPRESS
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11157

Oxşar yazılar