
Bakının mərkəzindəki barda qanlı hadisə
0
0
Avqustun 24-nə keçən gecə Bakı şəhərinin Nəsimi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Azadlıq prospekti ilə Salatın Əsgərova küçəsinin kəsişməsində, zirzəmidə yerləşən “Avrasiya” barında 1986-cı il təvəllüdlü Elvin Mirzəyev bıçaqlanıb. Qarın nahiyəsindən xəsarət almış 26 yaşlı oğlan xəstəxanaya yerləşdirilib.
Hadisənin nə səbəbdən baş verməsi və gənc oğlanı kimin bıçaqladığı hələlik məlum deyil. Faktla əlaqədar araşdırmalar aparılır.
Hadisənin nə səbəbdən baş verməsi və gənc oğlanı kimin bıçaqladığı hələlik məlum deyil. Faktla əlaqədar araşdırmalar aparılır.
0
0