Bakıda institutun həyətindəki obyekt yandı
Avqustun 23-də Bakı şəhərinin Xətai rayonu ərazisində yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Elmi Təhqiqat institutunun ərazisində vətəndaşa məxsus ümumi sahəsi 150 kvadrat metr olan taxta sexinin taxta konstruksiyalardan ibarət otağı 25, sexin ətrafında isə 60 kvadrat metr sahədə quru ot və taxta yonqarı yanıb.
Sex və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Sex və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
1209