Gədəbəydə dəhşət: 2 nəfər maşında diri-diri yandı
Avqustun 23-də gecə saatlarında Gədəbəy rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Novosaratovka kəndində vətəndaşa məxsus "VAZ-2107" markalı minik avtomobili yolun kənarındakı (10 KV elektrik kabeli keçən) betondan ibarət elektrik dirəyinə çırpılıb. Nəticədə yanğınla nəticələnən yol qəza hadisəsi baş verib və avtomobilin yanar hissələri yanıb. Qəza zamanı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinin yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib və aidiyyatı üzrə təhvil verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
3269