Siyəzəndə qətl: sürücünü güllələyib, avtomobilini qaçırdılar
24 avqust 2012 10:19 (UTC +04:00)

Siyəzəndə qətl: sürücünü güllələyib, avtomobilini qaçırdılar

Siyəzəndə yerli sakini güllələyib, maşınını qaçırıblar. Hadisə bu gün saat 09.00 radələrində baş verib. Rayon sakini, Heydər Əliyev küçəsi, ev 202-də yaşayan 1965-ci il təvəllüdlü Ələkbərov Elşən Ələkbər oğlu naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahla qətlə yetirilib. Siyəzən Rayon Polis Şöbəsindən Lent.az-a daxil olan məlumata görə, qatil və ya qatillər mərhuma məxsus avtomobili də oğurlayaraq, hadisə yerindən qaçıblar.

Faktla bağlı araşdırmalar aparılır. Mərhumun Xızı rayonu ərazisində qətlə yetirilərək, cəsədinin Siyəzən rayonu ərazisinə atıldığı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3500

Oxşar yazılar