Sərxoş qız bulvarda özünü dənizə atıb
Avqustun 22-də Bakı şəhərinin Səbail rayonu ərazisində, Dənizkənarı Bulvarda intihara cəhd edilib. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Saat Qülləsinin yaxınlığında 17 yaşlı S.A özünü dənizə atıb. Yaxınlıqdakı təhlükəsizlik xidməti əməkdaşları qızı sudan çıxarıblar. Əraziyə çağırılan təcili tibbi yardım maşını S.A-nı xəstəxanaya aparıb.
Qeyd edək ki, hadisə zamanı gənc qız sərxoş vəziyyətdə olub.
Qeyd edək ki, hadisə zamanı gənc qız sərxoş vəziyyətdə olub.
2782