Quba hadisələri ilə bağlı məhkəmə prosesi təxirə salındı
Bu gün Quba Rayon Məhkəməsində 1 mart Quba hadisələri ilə bağlı iğtişaş törətməkdə təqsirləndirilən bir qrup şəxsin məhkəmə prosesi başlanıb. 1 (027)-119/ 2012 nömrəli iş üzrə hakim Zamin Tahirovun sədrliyi və Elşad Xudaverdiyevin katibliyi ilə keçirilən hazırlıq iclası, təqsirləndirilən şəxslərin müdafiə tərəfinin olmamasına görə, avqustun 28-nə qədər təxirə salınıb.
Qeyd edək ki, bu il martın 1-də Quba şəhərində iğtişaş törətməkdə təqsirli bilinən Abdurəhmanov Fərhad Nəsib oğlu, Xanmədov Samir Valeh oğlu, Dənyalov Alxas Dənyal oğlu, Talıbov Samir Telman oğlu, Dadaşov Mətləb Valeh oğlu, Çobanov Sərvin Xanlar oğlu, Zakirov Murad Rüstəm oğlu və Ələsgərov Səxavət Şakir oğlundan ibarət bu qrup Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.1; 186.2.2; 233; 315.2 maddələrinin tələblərini pozmaqda ittiham olunurlar. İttiham sübuta yetirilərsə, onları 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Təqsirləndirilən şəxslərin yaxınlarının Lent.az-a verdiyi məlumata görə, proses avqustun 28-i saat 11-də Quba Rayon Məhkəməsində davam etdiriləcək. Prosesdə təqsirləndirilən şəxslərin hüquqlarının qorunmasının təminatı isə dövlətin hesabına həyata keçiriləcək.

1123