Dağıstanda azərbaycanlı terror qurbanı oldu
Avqustun 18-də saat 20.50 radələrində Dağıstan Respublikasının Xasavyurt şəhərinin Maqidov küçəsi, 107 saylı ünvanında yerləşən İmam Əli məscidində qanlı terror hadisəsi zamanı həlak olan və yaralananlar Azərbaycan vətəndaşlarıdır.
Maskalı şəxslərin aşdığı atəş nəticəsində həlak olan şəxs – Azərbaycanın Astara rayonunun sakini, 17 yaşlı Elmin Elxan oğlu Cəfərovun cənazəsi bu gün doğulub boya-başa çatdığı Pensər kəndinə gətirilərək torpağa tapşırılıb. Mərhumun anası Gülarə Cəfərovanın APA-nın cənub bürosuna verdiyi məlumata görə, onların ailəsi 2001-ci ildən Xasavyurta yaşayır və kiçik ticarətlə məşğul olur. Ailənin tək oğlan ovladı olan Elmin uşaqlıqdan ibadətlə məşğul olub: “Hadisə baş verən axşam o, məscidə namaz qılmağa getdi. Namazdan sonra iftar süfrəsi açıblar. Yeməyə başlayanda, iki maskalı şəxs içəri girərək onlara atəş açıb”.
Səkkiz nəfər yaralı ağır vəziyyətdə təcili Xasavyurt Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib. E. Cəfərov çoxlu qan itirdiyindən xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, terror hadisəsi zamanı yaralıların əksəriyyətinin Azərbaycanın cənub bölgəsindən olduğu bildirilir. Həlak olmuş E. Cəfərovun anasına Xasavyurt Şəhər Prokurorluğundan verilmiş arayışda terror hadisəsindən zərər çəkənlərin ad və soyadları aşağıdakı kimi göstərilib:
1. Səmədov R. N.
2. Kazımov S. J.
3. Cəfərov E. E. – həlak olan
4. Tanrıverdiyev C. M.
5. Tamirov F. R.
6. Musailov M. A.
7. Cajirov U. V.
8. Əbdurrəhmanov F. R.

Oxşar yazılar

Xırdalandakı yanğında sakinlər təxliyə olunur – HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR
3 mart 2025 , 04:38
İsmayıllıda 18 yaşlı gənc evdə ölü tapıldı - FOTO
3 mart 2025 , 02:06
İmişlidə FACİƏ: 4 yaşlı uşaq şoka düşərək öldü
3 mart 2025 , 00:59
İsmayıllıda kirayədə yaşayan tələbənin MEYİTİ TAPILDI
2 mart 2025 , 19:11
Bakıda ağacları kəsdilər - Baş Prokurorluğa MÜRACİƏT
2 mart 2025 , 16:28
İftar üçün xoruz kəsən kişi FACİƏLİ şəkildə öldü
2 mart 2025 , 16:19
Biləsuvarda həmyerlisinə atəş açan şəxs saxlanıldı-YENİLƏNİB
2 mart 2025 , 15:05