21 yaşlı gənc dənizdə boğularaq ölüb
Bakı şəhəri, Xəzər rayonunda, dənizdə 1 nəfər batmaq təhlükəsi ilə üzləşib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin şəxs FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas olunub. Paytaxtın Qaradağ rayonunda da, dənizdə 1 nəfər batmaq təhlükəsi ilə üzləşib və həmin şəxs də nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1991-cı il təvəllüdlü Nəzərov Nail Qəmbər oğlu Xəzər dənizinin Astara rayonu ərazisində, dənizin nəzarətsiz hissəsində çimərkən batıb. Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib. Qeyd olunan şəxsin cəsədi batdığı yerdən 100 metr aralıda (ən yaxın xilasetmə postundan 5 km aralıda) sudan tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

1251