Bakida müdhiş oğurluq: biznesmenin evindən 100 min manatdan çox pul aparıldı
Bakıda mənzildən külli miqdarda pul oğurlanıb. Bu barədə APA-ya Xətai rayon Polis İdarəsindən bildirilib.
Hadisə ötən gecə paytaxtın Süleyman Vəzirov küçəsi, ev 11A, mənzil 4 ünvanında qeydə alınıb. Natiq Həsənova məxsus mənzildən 60 min avro, 40 min manat və 12 min ABŞ dolları oğurlanıb. Oğrular evə açar seçmə yolu ilə giriblər.
Polisdən, həmçinin bildirilib ki, zərərçəkən N. Həsənov əvvəllər dövlət işində çalışıb.
İndi isə sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

4009