Bakıda bir ailə evində yandı: 3 ölü, 2 yaralı - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi bu gün Bakı şəhərinin Suraxanı rayonu ərazisində baş vermiş dəhşətli hadisə ilə bağlı məlumat yayıb. Lent.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda məcburi köçkün ailəsinin məskunlaşdığı ümumi sahəsi 30 kv.m olan tikilidə yanğınla nəticələnən partlayış baş verib.
Dərhal nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, üst örtüyü panel plitələrdən ibarət tikili uçub, 5 nəfər ev sakini uçqun altında qalıb, ev əşyaları 5 kv.m sahədə, həyətdə olan “Mercedes” markalı minik avtomobilinin salonunun qabaq hissəsi yanıb. Yanğın saat 05:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə müxtəlif xəsarətlər almış ev sahibinin həyat yoldaşı - 1965-ci il təvəllüdlü Sahilə Teymur qızı Rəhimovanı və oğlu - 1991-ci il təvəllüdlü Ramin Nuşirəvan oğlu Əsgərovu uçqun altından çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verib. Hadisə nəticəsində ölmüş ev sahibi - 1961-ci il təvəllüdlü Nuşirəvan Əsgərov, övladları - 1985-ci il təvəllüdlü Natiq Nuşirəvan oğlu Əsgərovun və 1987-ci il təvəllüdlü Rafiq Nuşirəvan oğlu Əsgərovun cəsədləri də uçqun altından çıxarıb və aidiyyəti üzrə təhvil verib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***
17 Avqust 2012 09:59
Bu gün gecə saatlarında Bakı şəhərində dəhşətli hadisə baş verib. Lent.az-ın məlumatına görə, Qaraçuxur qəsəbəsi, 2-ci mədən küçəsində yerləşən yaşayış evində qaz sızmasından yanğına keçən güclü partlayış baş verib.
Hadisə nəticəsində 3 nəfər: Nuşirəvan Əsgərov, Natiq Əsgərov və Rafiq Əsgərov evdə yanaraq ölüblər. Daha iki nəfər isə ağır vəziyyətdə 5 saylı şəhər xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Partlayışdan dərhal sonra Suraxanı rayon Polis İdarəsinin rəisi, rayon prokuroru, habelə digər vəzifəli şəxslər hadisə yerinə gəliblər.
Qeyd edək ki, hadisə nəticəsində ölənlər və yaralananlar bir ailənin üzvləridir. Fakt üzrə cinayət işi başlanılıb. Araşdırma aparılır.
Nizam RZA

7661