Şamaxı yolundakı qəzadan dəhşətli görüntülər - YENİLƏNİB
16 avqust 2012 10:47 (UTC +04:00)

Şamaxı yolundakı qəzadan dəhşətli görüntülər - YENİLƏNİB

Avqustun 15-də saat 18 radələrində Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Ceyrankeçməz çayı üzərindəki körpü yaxınlığında baş vermiş qəzada bir neçə avtomobil toqquşub, ölən və yaralananlar var.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, yolun 53-cü kilometrliyində, Qobustan rayonu ərazisində baş vermiş qəzada Elmir Əliyevin idarə etdiyi 90 DP 404 nömrəli “Hyundai”, Qurban Sədiyarovun idarə etdiyi 45 BB 162 nömrə nişanlı “VAZ 21407” və Əliağa Mirişovun sürdüyü 90 HU 877 dövlət qeydiyyat nişanlı “Kia” toqquşub. Nəticədə “VAZ 2107”-də olan sərnişin, sürücünün qardaşı Vüqar Sədiyarov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Sürücülər və daha iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla əlaqədar BDYPİ-nin İstintaq və Təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

***

15 Avqust 2012 18:53

Bu gün saat 18 radələrində Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Ceyrankeçməz çayı üzərindəki körpü yaxınlığında baş vermiş qəzada bir neçə avtomobil toqquşub.

90 DP 404 nömrəli “Hyundai”, 45 BB 162 nömrə nişanlı “VAZ 21407” və 90 HU 877 dövlət qeydiyyat nişanlı “Kia”nın toqquşması nəticəsində ölən və xəsarət alanlar var.

Hadisə yerinə xilasedicilər və hüquq-mühafizə orqanlarının nümayəndələri yollanıb.

Qəzanın səbəbləri araşdırılır.

Günel
Nizam
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10668

Oxşar yazılar

Bakıda avtobus  qaçırıldı

Bakıda avtobus qaçırıldı

31 iyul 2024 , 15:52
Ordumuzun 4 hərbçisi həlak oldu  - SƏBƏB

Ordumuzun 4 hərbçisi həlak oldu - SƏBƏB

31 iyul 2024 , 14:21
Bakıda bir nəfər dənizdə batdı  - YENİLƏNİB

Bakıda bir nəfər dənizdə batdı - YENİLƏNİB

31 iyul 2024 , 13:40
Yanğına gülən  kişini küçədə döydülər

Yanğına gülən kişini küçədə döydülər

31 iyul 2024 , 13:16
Yol polisinə tabe olmayan sürücü saxlanıldı - İddialara CAVAB

Yol polisinə tabe olmayan sürücü saxlanıldı - İddialara CAVAB

31 iyul 2024 , 12:50
Masallıda kişi özünü GÜLLƏLƏDİ

Masallıda kişi özünü GÜLLƏLƏDİ

31 iyul 2024 , 12:11
Bilgəh çimərliyində  9 minlik telefon oğurlandı

Bilgəh çimərliyində 9 minlik telefon oğurlandı

31 iyul 2024 , 11:19
Ağac kəsən azərbaycanlı həbs olundu

Ağac kəsən azərbaycanlı həbs olundu

31 iyul 2024 , 10:27