Bakıda quldurlar 34 yaşlı qadının qarşısını kəsdilər...
Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, paytaxt sakini 1978-ci il təvəllüdlü Məhərrəmova Səbahət Famil qızı şikayət ərizəsi ilə müraciət edib.
Qadın bildirib ki, axşam saatlarında Hövsan qəsəbəsində, 170 saylı uşaq bağçasının yaxınlığından keçəndə iki nəfərin onu təqib etməsindən şübhələnib. Həmin şəxslər uşaq bağçası ilə bələdiyyə binasının yaxınlığında S.Məhərrəmovanın qarşısını kəsiblər. Ətrafda kimsənin olmamasından istifadə edən hər iki şəxs qadını qorxudub və qızılları verməsini tələb edib. S.Məhərrəmova da öz növbəsində qızıl boyunbağısını və üzüklərini verərək canını qurtarıb.
Hadisədən dərhal sonra zərərçəkmiş polis bölməsinə gələrək başına gələnləri bildirib.
Hazırda cinayətdə şübhəli bilinən şəxslərin yaxalanaraq məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.
Nizam RZA

3409