FHN dəhşətli qəza ilə bağlı məlumat yaydı
Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı-Şamaxı yolunun 72-ci kilometrliyində “VAZ” və “Mitsubishi” markalı minik avtomobilləri toqquşub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Mitsubishi” markalı avtomobilin sürücüsü və 5 nəfər sərnişini, o cümlədən 2 nəfər azyaşlı xilasedicilər çatana qədər yaralı vəziyyətdə xəstəxanaya aparılıb.
“VAZ” markalı avtomobilin sürücüsü – 1972-ci il təvəllüdlü Musayev Nizaməddin Ziyəddin oğlu xəsarət alıb, 2 nəfər sərnişin - 1940-cı il təvəllüdlü Talıbov Rüfət Talıb oğlu və 1941-ci il təvəllüdlü Talıbova Sürəyyə Hüseyn qızı hadisə yerində ölüb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış yaralını, habelə Rüfət və Sürəyyə Talıbovların cəsədlərini avtomobildən çıxarıb. N.Musayev xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Oxşar yazılar

Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53
Yekaterinburqda vəhşicəsinə öldürülən azərbaycanlıların qardaşı danışdı-VİDEO
30 iyun 2025 , 21:47
Rusiyada öldürülən qardaşların meyiti yaxınlarına təhvil verildi-VİDEO
30 iyun 2025 , 21:05
Şamaxıda müəmmalı ÖLÜM: ailəsi qadının meyitini tapdı
30 iyun 2025 , 19:33
Perinatal Mərkəzdə 7 körpənin ölümünə görə şöbə müdiri ifadə verdi
30 iyun 2025 , 19:00
Saatlıda su üstündə MÜBAHİSƏ: Əmisini şüşə ilə doğradı
30 iyun 2025 , 18:42"Sputnik Azərbaycan"ın ofisində əməliyyat zamanı saxlanılanların adları
30 iyun 2025 , 18:33