Güney Azərbaycanda daha bir zəlzələ
14 avqust 2012 20:00 (UTC +04:00)

Güney Azərbaycanda daha bir zəlzələ

İranın Şərqi Azərbaycan vilayətində yenidən zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, Bakı vaxtı ilə saat 19.02-də əvvəlki zəlzələ ocağında baş verən zəlzələnin gücü episentrdə 5,0 bal, dərinliyi 10 km olub.

Təkanlar Azərbaycanın İranla sərhəd ərazilərində də hiss olunub. Zəlzələ daha çox Lənkəran rayonunda - 2, 5 bal gücündə hiss edilib.

Bundan başqa, Astara rayonunda, Naxçıvan Muxtar Respublikasında da yeraltı təkanlar qeydə alınıb.

Qeyd edək ki, avqustun 11-də İranda episentri Vərzigan olmaqla Təbriz, Əhər, Ərdəbil və Urmiya şəhərlərində 6.2 bal gücündə zəlzələ baş verib. Ən çox tələfat Əhər, Vərzigan və Heris şəhərlərindədir. Təbii fəlakət nəticəsində 306 nəfər ölüb, 3000-dən artıq insan yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2261

Oxşar yazılar

İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56