Polis məşhur yazıçının oğlu barədə araşdırmaya başlayıb - EKSKLÜZİV
Avqustun 13-də Bakı şəhər, Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə dələduzluq faktı ilə əlaqədar şikayət daxil olub. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Bakı şəhər sakini Muradov Elçin Dadaş oğlu bölməyə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib. E.Muradov bildirib ki, Ə.Kərimzadə onun İstiqlaliyyət küçəsindəki mülkdə pay sahibi olmasını təsdiqlətdirəcək.
Ə.Kərimzadə Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkilidir. O, Azərbaycanın tanınmış yazıçısı Fərman Kərimzadənin oğludur.
Fərman Kərimzadənin böyük qızı Yeganə xanım Lent.az-a açıqlamasında bildirib ki, qardaşı ölkədə deyil. O həm də qeyd edib ki, qardaşı Əzizin işləri ilə müəyyən qədər tanışdır və yuxarıda qeyd edilən adda (Muradov Elçin) şəxsi tanımır.
9-cu Polis Bölməsindən Lent.az-a bildirilib ki, müraciət üzrə araşdırmalar aparılır.
Nizam RZA

Oxşar yazılar

12 supermarketdə narkotik tərkibli banan tapıldı
18 iyul 2025 , 17:48
Rayon polis idarəsinin rəisi HƏBS OLUNDU
18 iyul 2025 , 17:05
Şəmkirdə yol çəkmək adı ilə sevgilisinin bütün qızıllarını aldı - ŞOK DƏLƏDUZLUQ
18 iyul 2025 , 16:07
Araz çayında yeniyetmə batdı - YENİLƏNİB
18 iyul 2025 , 16:04
"Parnik"də pomidor yerinə narkotik əkmişdi - Maştağada ƏMƏLİYYAT - VİDEO
18 iyul 2025 , 15:51
Bakıda ata həbsdəki oğluna qeyri-adi sovqat apardı
18 iyul 2025 , 15:38
Bakıda külli miqdarda dələduzluq edən "biznesmen"ə HÖKM OXUNDU
18 iyul 2025 , 15:00