Bakının mərkəzini keçilməz tıxaclar bürüdü
Bu gün günorta saatlarından etibarən Bakının bir sıra mərkəzi küçələrində, xüsusilə də Neftçilər prospekti istiqamətindəki yollarda böyük tıxac yaranıb. Lent.az-ın məlumatına görə, Neftçilər prospektində aparılan təmir-tikinti işləri ilə bağlı yolun hərəkət zolaqları daralıb. Bu səbəbdən də prospektin Rəsul Rza küçəsi ilə kəsişmədən “Azneft” meydanınadək olan hissəsində avtomobillərin hərəkəti çətinləşib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Lent.az-a bildirib ki, əksər sürücülər Neftçilər prospektində hərəkətin nisbətən məhdudlaşdırılması ilə bağlı edilmiş xəbərdarlıqlara məhəl qoymur. Bu səbəbdən də yolda mütəmadi olaraq sıxlıq yaranır, hərəkət çətinləşir: “Biz öncədən dəfələrlə sürücülərə müraciət etmişik. Lakin bəzi sürücülər buna məhəl qoymur. Bir daha bildiririk ki, Neftçilər prospekti Rəsul Rza küçəsi ilə kəsişməsindən Azadlıq meydanına doğru tamamilə bağlıdır. Yolun açıq olan hissəsində də təmir işləri gedir. Bu səbəbdən də sürücülər alternativ yollardan istifadə etsələr yaxşı olar. Şəhərə giriş-çıxış üçün Salyan yolunun 14-cü kilometrliyindən 3-cü dairəvi yol, 20-ci sahə dairəsindən Badamdar istiqamətindəki yol və Bayıl qəsəbəsi Qurban Abbasov küçəsindən keçməklə yuxarı Gülüstan sarayına tərəf olan yoldan istifadə edə bilərlər. Bu yollar həm şəhərə giriş, həm də çıxış üçün münasibdir”.
Qeyd edək ki, Bakının mərkəzi küçələrində, xüsusi ilə də Neftçilər prospekti istiqamətindəki Zərifə Əliyeva, Rəşid Behbudov, Bülbül küçələri, Azadlıq prospekti və digər yollarda tıxac hələ də davam edir.
Kölgədə havanın hərarətinin 40 dərəcəyə yaxındır və bu zaman kondisioneri olmayan avtomobillərdə, sərnişin avtobuslarında olan şəxslər daha çox narahatlıq keçirir.
Nizam RZA

Oxşar yazılar

Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə öldü
12 iyul 2025 , 09:38
Rusiyada aeroportda ƏMƏLİYYAT: iki azərbaycanlının malları əllərindən alındı
12 iyul 2025 , 09:35
Nadir Yalçına ağır itki
12 iyul 2025 , 09:16
İsmayıllıda zəlzələ oldu
12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ
11 iyul 2025 , 21:18