Gəncədə oğurluq hadisəsi qeydə alınıb.
DİN mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, hadisə dekabrın 8-də Gəncə şəhəri ərazisində baş verib. Belə ki, Daşkəsən rayon sakini C.Əhmədova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.
Gəncə şəhər Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Goranboy rayon sakini olan ruhi xəstə Q.İmanov həmin gün hadisə yerinin yaxınlığında avtomobillə birgə saxlanılıb.
Araşdırma aparılır.