"Mercedes" yoldan çıxaraq ağaca çırpıldı: yaralılar var
23 noyabr 2019 20:53 (UTC +04:00)

"Mercedes" yoldan çıxaraq ağaca çırpıldı: yaralılar var

 

Oğuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Qaraməryəm- İsmayıllı-Şəki avtomobil yonun Oğuz rayonu Calut kəndi ərazisindən keçən hissəsində baş verib.

“Mercedes”markalı, “90-OG-170” dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı avtomobildə olan 2 nəfər, rayonun Bayan kənd sakininləri - 1997-ci il təvəllüdlü İbrahim Akif oğlu Ağayev və 1995-ci il təvəllüdlü Ülvi Mahir oğlu Bayraməliyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Xəstəxanadan bildirilib ki, yaralılara ilkin yardım göstərildikdən sonra müayinə və müalicələrini davam etdirmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1335
avatar

Oxşar yazılar