Yuyucu vasitələrdən  daha effektiv üsul   - Paltarlar ağappaq olacaq
22 fevral 2024 16:12 (UTC +04:00)

Yuyucu vasitələrdən daha effektiv üsul - Paltarlar ağappaq olacaq

Zaman keçdikcə ağ geyimlərimiz boz və ya sarımtıl rəngə çevrilir. Normal yuyulma zamanı onları əvvəlki vəziyyətinə qaytarmaq mümkün olmur. 

Lent.az xəbər verir ki, bu zaman əlavə tədbirlərə ehtiyac var. Bu zaman bahalı yuyucu tozları da sizing köməyinizə çatmaya bilər. Bu zaman demək olar ki, bütün mətbəxlərdə olan iki məhsuldan istifadə etmək kifayətdir. 

Söhbət duz və sodadan gedir. 

İlk növbədə duza diqqət etmək lazımdır. Onu əlavə edərkən bir qaşıq kifayətdir.

Bu, ən keyfiyyətli yuma təmin edəcək sadə, lakin çox effektiv üsuldur. Həmçinin duzun köməyi ilə əşyalar yalnız təmiz deyil, həm də çox yumşaq olacaq.

Camaşırlarınızı qar kimi ağ rəngə qaytarmaq istəyirsinizsə, bu zaman təsirli üsullardan biri də onları soda ilə yumaqdır. Bu zaman sadəcə bir miqdar sodanı paltaryuyan maşınına tökmək kifayətdir. 
 

# 20175
avatar

Sevinc Fərid

Oxşar yazılar