Yataq dəstini vaxtında dəyişdirməyənlərə XƏBƏRDARLIQ:  Bu xəstəliklərə  yoluxa bilərsiniz
22 fevral 2023 18:06 (UTC +04:00)

Yataq dəstini vaxtında dəyişdirməyənlərə XƏBƏRDARLIQ: Bu xəstəliklərə yoluxa bilərsiniz

Çarşaflarda toz, kir, ölü dəri hüceyrələri, tər, saç və digər kiçik hissəciklər toplanır. Çarşaflarınızı hər həftə yumaq, bədəninizin çirkli yataq dəstlərinə yapışmağa meylli olan göbələklər, zərərvericilər bakteriyalara yoluxma riskini azaldır. Amma yataq dəstinizi vaxtında dəyişdirməsəniz, qarşısını ala biləməyəcəyiniz xəstəliklərlə qarşılaşa bilərsiniz. 

Lent.az xarici KİV-ə istinadən yataq dəstindən yaranan xəstəlikləri təqdim edir:

1. Eqzema

Eqzema ilə dəri quruyur, çatlayır və qaşınır. Onun ən çox yayılmış forması olan atopik, hər beş uşaqdan birində rast gəlinir. Çirkli çarşaflar isə xəstəliyin əlamətlərini ağırlaşdıra bilər.

2. Pnevmoniya

"Staphylococcus aureus" kimi bəzi daha təhlükəli toz gənələri də yataq dəstində yaşayır. Bu bakteriya tənəffüs problemlərinə və ağır hallarda hətta ölümə səbəb olan pnevmoniyaya səbəb ola bilər. Həkimlər pnevmoniyanı "səssiz qatil" adlandırırlar, çünki onun ilk əlamətləri soyuqdəyməyə bənzəyir.

3. Sızanaqlar

11-30 yaş arası insanların 95 faizi müəyyən dərəcədə sızanaqlardan əziyyət çəkib. Gigiyenanın düzgün aparılmaması sızanaqları daha da pisləşdirə bilər. Sızanaqların ağırlaşma riskini artırır. Mütəxəssislər yastıq örtüklərini ən azı üç gündə bir, bütün digər alt paltarlarını isə həftədə bir dəfə dəyişməyi tövsiyə edirlər.

4. Astma

Astma tənəffüs problemlərinə səbəb olan bronx toxumalarının iltihabıdır. Bu xəstəlik ən çox uşaqlarda olur, lakin böyüklər də yoluxa bilər. Astma tutmaları ağır diskomfort yaradır, bəzi hallarda isə ölümlə nəticələnir.

Toz gənələri bu xəstəliyi təhrik edə bilər. Uzun müddət yuyulmayan yataq dəstlərində yığılaraq tənəffüs yollarına daxil olur və toxumaları qıcıqlandırırlar. Astma infarkt və insult riskini artırdığı üçün "səssiz qatil" də adlandırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2901
avatar

Fidan İlqar

Oxşar yazılar