Sodanı yatağın altına  qoyun – Faydalı məsləhət
09 sentyabr 2024 12:08 (UTC +04:00)

Sodanı yatağın altına qoyun – Faydalı məsləhət

Soda müxtəlif məqsədlər üçün istifadə edilə bilən məhsullardan biridir. Onu həm təmizlik, həm də müəyyən qidaların bişirilməsində istifadə etmək olur. 

Lent.az xəbər verir ki, başqa məqsədlər üçün də sodadan istifadə etmək mümkündür. Bəs, bunlar nələrdir? 

Soda yeməkdə əvəzsiz faydalarından əlavə, balıq qoxuları da daxil olmaqla, xoşagəlməz qoxuları mükəmməl aradan qaldırır.

Yuyucu tozun içinə bir az da soda əlavə etsəniz, yuyunduqdan sonra paltarlarınızın nə qədər təzə olacağına təəccüblənəcəksiniz.

Soda soyuducudakı pis qoxulardan qurtulmağa da kömək edəcək.

Çox az miqdarda maddəni bir boşqaba tökmək və ən azı 2-3 ayda bir dəfə dəyişdirərək üst rəfdə yerləşdirmək kifayətdir. Bununla yanaşı, parçaya soda töküb axşamlar ayaqqabının içinə qoyun. Səhəri gün ayaqqabınızdan heç bir iy gəlmədiyinin şahidi olacaqsınız. 

Qeyd etdiyimiz kimi sodadan zərərli məişət kimyəvi maddələrinə əla alternativdir. Məsələn, soyuducu, soba, çörək qabı və s. yuyanda təsirli olur.

Bunlardan əlavə, soda otaqlarda yüksək rütubətlə mübarizə aparmağa kömək edir. Bu da divarlarda və yumşaq mebellərdə kif əmələ gəlməsinə, həmçinin baş ağrılarına və zəif nəfəs almağa səbəb ola bilər.

Sizə lazım olan tək şey müxtəlif qablara bir az toz səpmək və onları mənzilin müxtəlif yerlərinə yerləşdirməkdir. Əsasən də yatağınızın altına bir boşqabda soda qoyun. Çünki o bütün artıq nəmi udacaq, yəni orada kif əmələ gəlməsinin qarşısını alacaq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2253
avatar

Sevinc Fərid

Oxşar yazılar