Bir çoxları əsasən də təcrübəli evdar qadınlar şkaf cə soyuducuya bir rulon tualet kağızı qoyurlar.
Lent.az xəbər verir ki, bu addım ümumi məişət problemlərini aradan qaldırmaq üçün əsas yollardan biridir.
Soyuducu
Hər kəs soyuducu ilə əlaqəli əsas problemləri bilir. Söhbət xoşagəlməz qoxu və kondensasiyadan gedir. Bunun üçün daimi olaraq soyuducunu silməlisiniz. Ən ucuz tualet kağızı rulonu belə kondensasiyanı udacaq və xüsusi qoxuları neytrallaşdıracaq. Rulonu təxminən həftədə bir dəfə dəyişdirin.
Şkaf
Əşyaları qapalı bir yerdə saxlayarkən müəyyən çətinliklər yarana bilər. Xüsusilə, şkaf da çox vaxt xoş olmayan qoxuluların mənbəyinə çevrilir. Hətta əşyalar da bu qoxu ilə doyur.
Buna görə də, belə bir hiylədən istifadə edə bilərsiniz. Bir rulon kağız götürün və onu az miqdarda ucuz təmizləyici sulardan tökün. Rulon hər 14 gündən bir dəyişdirilməlidir.